“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

media-hightechnic-468x90

3fad0879cabe5565e91a417d37ee1d22Bu addım havaların isti keçməsi ilə əlaqədar atılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivləri yay mövsümü ilə bağlı əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər.

Yenicag.az APA-ya istinadən bildirir ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.

İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə – yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir. Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanılır, beynəlxalq və “Ekspres” tipli qatarlarda yolboyu sərnişinlərə sərinləşdirici içkilər təklif olunur. Eyni zamanda vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600