Azərbaycan dünya nizamında YENİ MƏRHƏLƏDƏ: Qəzza Sülh Şurasında tarixi təsisçilik

media-hightechnic-468x90

“Həm iqtisadi mənada Qəzza bölgəsinin yenidən inkişaf etdirilməsi və yenidən rifaha qovuşdurulması, həm də siyasi-strateji baxımdan bu prosesdə Azərbaycanın iştirakçılığı ölkəmizin nüfuzunu beynəlxalq münasibətlər sistemində daha da artıracaq”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza Sülh Şurasında Azərbaycanın fəaliyyəti ilə bağlı fikirlərini səsləndirib. Deputat bildirib ki, Qəzza Sülh Şurası sülhə xidmət edəcək və gələcəkdə institusional potensial qazanacaq bir şuradır:

“Dünyanın ən mürəkkəb regionunda və ən mürəkkəb münaqişənin tənzimlənməsində Azərbaycanın iştirak etməsi beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinin və rolunun göstəricisidir. Sülh Şurasına Azərbaycan təsisçi dövlət statusunda dəvət edilir. Bu o deməkdir ki, əgər gələcəkdə təşkilat funksional olarsa və imkanları daha da genişlənərsə Azərbaycan məhz bu təşkilatın qurucu dövlətlərindən biri kimi çıxış edəcəkdir. Yəni gələcək dünya nizamında Azərbaycan üçün yeni imkanlar yaranacaq”.

Əlbəttə ki, Azərbaycanın özünün milli dövlət kimi sülh yaratma təcrübəsi var. Bu təcrübə beynəlxalq hüquqa və ədalətə əsaslanan təcrübədir. Heç bir beynəlxalq təşkilatın həll edə bilmədiyi problemi Azərbaycan öz gücü ilə həll etdi. Dolayısıyla sülhyaratma prosesində və beynəlxalq münaqişələrin həlli prosesində Azərbaycanın sülh modeli təcrübəsi də var.

Həm iqtisadi mənada Qəzza bölgəsinin yenidən inkişaf etdirilməsi və yenidən rifaha qovuşdurulması, həm də siyasi-strateji baxımdan bu prosesdə Azərbaycanın iştirakçılığı ölkəmizin nüfuzunu beynəlxalq münasibətlər sistemində daha da artıracaq. Eyni zamanda onun yerini və rolunu dünya nizamında daha da gücləndirəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa