Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

media-hightechnic-468x90

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə (73,60 Mbit/s) bu ilin mart ayında 154 ölkə arasında 91-ci yerdə qərarlaşıb.

Yenicag.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (38,32 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 92 % artıb.

Bu ilin fevral ayı ilə müqayisədə isə 1 pillə geriləyib.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən mart ayında birinci yeri Sinqapur (357,52 Mbit/s) axırıncı yeri isə Suriya (3,21 Mbit/s) tutub.

Azərbaycan yanvarda mobil internetin sürətinə görə isə 74,11 MB/S sürətlə 102 ölkə arasında 52-ci olub. Qeyd edək ki, fevral ayında Azərbaycan 103 ölkə arasından 55-ci sırada idi.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri(543,29 Mbit/s), sonuncu yeri isə Boliviya (13,09  Mbit/s) tutub./valyuta.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600