Azərbaycan əhalisinin SAYI ARTIB

media-hightechnic-468x90

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 25948 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 145 081 nəfərə çatıb.

Yenicag.az-ın məlumatına görə, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Yanvar – avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 73177 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub.

Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600