“4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda” və “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləri Bolqarıstanın “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival yanvarın 12-dən 29-dək Sofiya şəhərində keçiriləcək. Filmlərimiz festivalın “Fokus” proqramında nümayiş olunacaq.
Ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Kinoalmanaxın beynəlxalq premyerası Almaniyanın Kotbus Film Festivalının “Fokus” proqramında baş tutub.
Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və İradə Bağırzadədir (Adarifilms).
Yenicag.az
www.yenicag.az