Azərbaycan hərbi xərclərini artıracaq
Maliyyə Nazirliyi 2015-ci il üzrə Azərbaycanın dövlət büdcəsi ilə bağlı proqnozlarını açıqlayıb.
Layihədən aydın görünür ki, hökumət müharibə şəraitində olan Azərbaycanda hərbə ayrılan xərclərini artırmaqda davam edir. Gələn il büdcədən müdafiə və təhlükəsizlik sektoruna 1 milyard 778 milyondan çox vəsait xərclənməsi nəzərdə tutulur. Bu cari ildəkindən 8,6% çoxdur. Dünyada neftin qiymətində baş verən proseslər də nəzərə alınaraq gələn ilin dövlət büdcəsində neftin qiyməti 90 dollardan hesablanacaq.
İpoteka kreditlərini gözləyənlərin nəzərinə, gələn ilin dövlət büdcəsində dövlət xətti ilə İpoteka kreditlərinin verilməsi üçün 50 milyon manat ayrılacaq. Ötən il bu 40 milyon manat idi. Birinci Avropa Oyunlarının keçirilməsi üçün isə 2015-ci ilin dövlət büdcəsindən 1,3 milyard manat ayrılacaq. (anspress.com)