"Azərbaycan hüquqi məsələlər təqdim etdi" - Mirzoyan

media-hightechnic-468x90

“Azərbaycan Ermənistanın Konstitusiyasında Qarabağın adı çəkilən Müstəqillik Bəyannaməsinə istinadın olmasını problemli hesab edir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Onlar bu məsələni qaldırdılar, dedilər ki, bu problemdir. Hüquqi məsələlər təqdim etdilər”, – deyə Mirzoyan açıqlayıb.

XİN rəhbəri qeyd edib ki, sülh müqaviləsi layihəsində Ermənistan Konstitusiyası ilə bağlı heç bir müddəa yoxdur: “Ümumi sülh prosesində tərəflər bir-birinin hüquqi problemlərini görür və izahat verirlər. Bu cür müzakirələr hələ davam edəcək”.

Qeyd edək ki, yanvarın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05