Prezident: “Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var”
“Bağlantılarla və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox büyük əhəmiyyəti var, çünki Almaniyanın şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə ediblər”.
Yenicag.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında söyləyib.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv kimi, bir növ, Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.













