!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan İlahiyyat İnstitutu jurnalistləri mükafatlandırdı - FOTOLAR/VİDEO

!Reklam – Yazi

15:00

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 22 iyul Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.

Yenicag.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən 22 iyul Milli Mətbuat Günü münasibətilə, adıçəkilən təhsil müəssisəsi ilə yaxından əməkdaşlıq edən media orqanları və jurnalistlərin mükafatlandırma mərasimi təşkil olunub.

Mərasimi giriş sözü ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov institutun yaradılmasından ötən bir il ərzində fəaliyyətlərinə yönəlik ictimai marağın xeyli artdığını və bu işdə media orqanları ilə əməkdaşlığın mühüm rol oynadığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, milət vəkili Əflatun Amaşov mətbuatla əlaqələrə verdiyi önəmə görə Aİİ-nin rektoru Ceyhun Məmmədova təşəkkürünü bildirib.

Millət vəkili bu ali dini təhsil ocağının mətbuatla yüksək səviyyədə əməkdaşlıq qurmasını müsbət və nümunəvi hal kimi qiymətləndirib.

Tədbirin sonunda Aİİ ilə yaxından əməkdaşlıq edən “Yeni Çağ” Media Qrupu və digər mətbu orqanlara mükafatlar təqdim edilib.

 

Aqil Bəkir

www.yenicag.az

1810
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv