Reklam: High Technic
hightechnic

"Azərbaycan ilk gündən Türkiyəyə dəstəyini bəyan etdi” – Türkiyənin Bakıdakı səfiri

Reklam: Sinerji Pro

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Avropa ölkələrinin Türkiyəyə yönəlik yolverilməz davranışları fonunda rəsmi Bakının Ankaranın yanında olduğunu məmnunluqla qeyd edib.

Yunus Emre İnstitutunun təşkilatçılığı ilə bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan Mehmet Akif Ərsoyun anım mərasimindən sonra Yeniçağ.Az-a açıqlama verən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bəzi Avropa ölkələrinin Türkiyəyə təzyiq cəhdlərini artırdıqları dönəmdə rəsmi Bakının Ankaraya dəstəyini ən açıq formada bəyan etdiyini deyib:

“Bu məsələlərin qabardığı elə ilk gündə Azərbaycan qəti mövqeyini bildirərək, Türkiyəyə dəstəyini bəyan etdi və bu gün də həmin mövqeyində qalmaqdadır. Söhbətin iki qardaş ölkədən getdiyini nəzərə alsaq, Azərbaycanın bu dəstəyi bizim üçün gözlənilməz olmamaqla yanaşı, həm də məmnunluq doğurur. Yenə deyirəm, bu dəstək bizim üçün gözlənilməz deyil”.

Yeniçağ.Az

 

www.yenicag.az

105