!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan iqtisadiyyatı nə qədər kiçildi?

!Reklam – Yazi

krizisAzərbaycanda 4 faizədək iqtisadi azalma qeydə alınıb

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda Ümumi Daxili Məhsul İstehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azalıb.

Dövlət Statistika Komitəsindən Yeniçağ.Az-a verilən məlumata görə, cari ilin 11 ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54433,1 milyon ÜDM istehsal edilib.

Bu azalmaya səbəb tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz azalması qeyd edilir.

Əlavə dəyərin 37,5 faizi sənayedə, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 17,6 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manata bərabər olub.

Yenicağ.Az

COP29

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv