!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan İranın Bakıdakı Qum çətəsini zərərsizləşdirməlidir" - ETİRAZ

!Reklam – Yazi

 

“Təbriz hadisələri izləyir ki, onların üzərindən kimsə oyun oynamasın”.

Bu fikirləri İranın müxtəlif bölgələrində başlayan etiraz aksiyaları və Tehranın rəsmi şəxslərinin antiAzərbaycan bəyanatları səsləndirmələrinin intensivləşməsi haqqında danışan Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.Cahandar Bayoğlu bildirib ki, molla rejimi İrandakı etiraz aksiyalarının Təbrizdə də yayğınlaşmasını, bununla da öz məqsədini həyata keçirməyi gözləyir:

“İki gün bundan öncə İraq-İran savaşının başlamasının ildönümü ilə bağlı özünü ölülüyə vuran Xameneyi xəstə halı ilə açıqlamalar verdi.

İranda iğtişaşlar narazı kütlələrin xaotik hərəkətlənməsi kimi dəyərləndirilməlidir. Orada hər kəs özünə uyğun şüarlar səsləndirir, ortaq hərəkətlənmə yoxdur. Çünki rejimə qarşı ortaq dəyər yoxdur, hərənin öz maraqları var.

Təbii ki, İran adlı məmləkətdə türk milləti var, torpaqların hər yeri bizimdir və məsuliyyət də yalnız türk millətindədir.

Farslar deyir ki, dünya dağılır, dağılsın, məni heç nə maraqlandırmır. Ayrı-ayrı terrorçu qüvvələrin əlində olan güclər, millətlər də belə düşünür. Bu baxımdan, məsuliyyəti üzərində hiss edən türk milləti daha ehtiyatlı davranır və doğru qərar çıxarmaq istəyir ki, mövcud situasiyadan xarici güclər, xüsusilə də millətimizin iradəsinə qarşı olan qüvvələr yararlana bilməsinlər. Görürsünüz ki, Təbriz prosesləri soyuqqanlı izləyir. Rejim, xameneyiçilər, PKK kimi terrorçu qüvvələr fürsət gözləyirlər ki, Təbriz ayağa qalxsın və onlar da öz istədiklərini həyata keçirsinlər. Təbriz də hadisələri izləyir ki, onların üzərindən kimsə oyun oynamasın”.

Partiya sədri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirinin Azərbaycanı təhdid etməsinin açıq savaş elanı olduğunu bildirib:

İki gün bundan öncə İraq-İran savaşının başlamasının ildönümü ilə bağlı özünü ölülüyə vuran Xameneyinin yanında İran İslam İnqilabı Keşikçilərinin komandanı, Baş Qərargah rəisi birbaşa açıqlama vermiş və bildirmişdi ki, geosiyasi sərhəd dəyişkənliyinə getmək yolverilməzdir. O, bununla Azərbaycanı təhdid edir ki, İran açıq savaşa girəcək.

İran istəmir ki, Türkiyə ilə Azərbaycan arasında birbaşa quru yolla əlaqə olsun. Buna görə də Zəngəzur dəhlizinə belə aqressiv yanaşır.

Belə durumda Azərbaycan da bilməlidir ki, İran aqressiv siyasətini daha da gücləndirəcək. İran Bakıdakı terrorçu təşkilatlarını hərəkətə gətirib, o qurumların, həmçinin Qum çətəsilə şəbəkələşdirdiyi güclərin hesabına aranı qarışdırmağa çalışır.

Azərbaycan özü üçün zərərli olan bütün gücləri zərərsizləşdirməlidir”.

Aqil Bəkir

www.yenicag.az

992
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv