Reklam

Reklam

“Azərbaycan manatı bahalaşacaq”

Yenicag.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsi zamanı bildirib.

Əvvəlki illə müqayisədə ölkənin iqtisadi vəziyyətinin daha sabit olduğunu bildirən nazir, milli valyutamızın məzənnəsinin sabitləşdiyini söyləyib: “İlin əvvəlinə baxsaq, manatın məzənnəsi bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqayisədə təxminən 3,4%, fevral ayı ilə müqayisədə 10%-dən yuxarı möhkəmlənmə baş verib. Onu da qeyd etmək istəyirəm ki, manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Bu da manata olan inamın tədricən bərpa olunmasının göstəriciləridir”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1776
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."