Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar mədəniyyət işçisi, Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Zemfira Babayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, 1954-cu il noyabrın 17-də Bakıda anadan olan Zemfira Babayeva, uzun illər “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb. Sonralar fəaliyyətinə Azərbaycan Kinematoqrafçılar İttifaqında davam edib.

Ömrünün 47 ilini Azərbaycan kinosuna həsr edən Zemfira xanım, bu sahədə bir çox uğurlu layihələrin gerçəkləşməsində yaxından iştirak edib. Fransada Azərbaycan Kinosu Günləri (2001-ci il) , İsveçrə Kinosu Günləri (Bakı, 2003-cü il), dahi bəstəkar Qara Qarayevin 90-illik yubileyinə həsr olunmuş açıqca və CD diskin nəşri, Beynəlxalq Uşaq Filmləri Festivalı (2007-ci il, Bakı), “Fokus” kino jurnalının nəşri, UNESCO-nun sifarişi ilə “İlahi səda” sənədli filmi (2011-ci il), Mədəniyyət Nazirliyinin sifarişi ilə “Şəbəkə” qısa metrajlı filmi onun uğurlu layihələrindəndir.

Qeyd edək ki, onun fəaliyyəti sadəcə kino ilə məhdudlaşmırdı, eyni zamanda Azərbaycan teatrının inkişafında da yaxından iştirak edirdi. 2013-cü ildən Bakı Bələdiyyə Teatrının truppa müdiri kimi çalışıb və teatrın son illərdə qazandığı uğurlarda ciddi rol oynayıb.

www.yenicag.az

154
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100