Reklam

Reklam

Bu gün “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən Bakıda təşkil olunan “Regionun gələcəyi: geopolitik çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpoziumun baş tutub.

Simpozium “Yeni Çağ” Media Qrupu, Azərbaycan -Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən təşkil olunub. Simpoziuma Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan və Azərbaycandan olan tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər qatılıblar. “Regionda informasiya təhlükəsizliyi və QHT-lərin əməkdaşlığı”na həsr olunmuş üçüncü paneldə çıxış edən rusiyalı müstəqil ekspert “Regionun gələcəyi: geopolitik çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpoziumun üçüncü paneli başa çatdı.

Yenicag.az xəbər verir ki, “Regionda informasiya təhlükəsizliyi və QHT-lərin əməkdaşlığı”na həsr olunmuş, Aqil Ələsgərin moderatoru olduğu üçüncü paneldə Türkiyənin “Yeni Akıt” qəzetinin yazarı Sinan Burhan, rusiyalı tədqiqatçı-jurnalist, müstəqil ekspert Orxan Camal, Qazaxıstanın Türkdilli jurnalistlər Fondununn sədri Naziya Bissenova, Girnə Amerika Universitetinin kordinatoru Firuzə Aygün Osman və “The Great Middle East” layihəsinin direktoru Əli Hacızadə iştirak ediblər.

Paneldə ilk olaraq, rusiyalı tədqiqatçı-jurnalist, müstəqil ekspert Orxan Camal çıxış edib. İnformasiya təhlükəsizliyi barədə danışan natiq diqqətləri rus mediasının hazırkı vəziyyətindən bəhs edib. Ekspert rusiya hökumətini “Xarici agentlər” barədə qanun layihəsi qəbul etdiyinə görə tənqid etdi. Bu qanuni əlində rəhbər tutanlar Rusiyada bir çox KİV və QHT-lərin fəaliyyətinə xitam verib. Sonra Orxan Camal Rusiya media məkanında baş verənləri analiz edib.


Sonra söz “Yeni Akıt” qəzetinin rəhbəri Sinan Burhana verilib. Onun sözlərinə görə, dil baryerinin olmadığına görə həm türk, həm də Azərbaycan oxucusu bir-biri barədə istənilən məlumatı əldə edə bilirlər.

“Bu mənada Azərbaycanın KİV-ləri Rusiya, Türkiyə ilə yanaşı türkdilli ölkələrin informasiya ilə təmin olunmasında körpü rolunu oynayır”, deyən Sinan bəy fikrini tamamlayıb.

Sonra Qazaxıstanın Türkdilli jurnalistlər Fondunun sədri Naziya Bissenova çıxış etdi. O, öz çıxışını vətəndaş cəmiyyətlərinin, QHT-lərin və media nümayəndələrinin əməkdaşlığının möhkəmləndirilməsinin vacib şərtləri üzərində qurmuşdu.

Sonra söz “The Great Middle East” layihəsinin rəhbəri Əli Hacızadəyə verildi. Azərbaycanlı ekspert öz çıxışını Avrasiya və Yaxın Şərq regionlarında informasiya təhlükəsizliyi problemlərinə həsr etmişdi. Onun sözlərinə görə, dövlətlər öz siyasətləri barədə informasiyalara böyük həssaslıqla yanaşmalıdırlar. Təkcə regionda deyil, hətta bütün dünyada belə təhlükəsizliyin və stabilliyin əldə olunmasında KİV-in rolu danılmazdır. İnformasiya siyasətində səhvə yol vermək gec-tez həmin ölkənin daxili siyasətinə öz mənfi təsirini göstərəcək.

Panelin sonunda Girnə Amerika Universitetinin Beynəlxalq Əlaqələr üzrə kordinatoru Firuzə Aygün Osman çıxış edərək, bütün ölkələrin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın vacibliyini vurğuladı.

Panel iştirakçılarına plaketlər verildi.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 830
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."