Azərbaycan: məzhəbçilik virusu və ruhani antivirus proqramı

media-hightechnic-468x90

10906400_1024429620916523_3591372993213282227_nƏSAS TEZİSLƏR

Bu tezisləri 2006-cı ilin sonlarında Bakıda yazmış və bu məsələni millət vəkillərimizdən biri ilə müzakirə etmişdim. Fəqət ya fikrimi yetərincə yaxşı izah edə bilməmişdim, ya da Tanrı bəzi fəsadların DAHA AÇIQ BİR ŞƏKİLDƏ ortaya çıxmasını istəmişti. Aradan 8 il ke-çəndən sonra İstanbulda daha dolğun bir halda tamamlayıram hayatımın EN UZUN SÜRƏN yazısını…

Detallarına bəlkə başqa yazılarda toxunmaq imkanım olacaq 4 qapı 40 məqam – Batini düşüncənin, böyük irfan sahiblərinin ALLAH-İNSAN irtibatı üçün hazırladığı İLAHİ DE-MOKRATİYA formulu – təməlində paylaşıram düşüncələrimi. Bu İlahi demokratiya formu-lunun daha UCA ve KAMİL modeli də mövcuddur. Fəqət bu modeli BÜTÜN DƏRİNLİYİ ilə açıqlamaq haqqı məndə deyil. Odur ki, hələlik klassik model üzərindən paylaşıram tezis-ləri.

ŞƏRİƏT

1) Məzhəb parçalanması və qarşıdurma meyllərini gücləndirir. XIX əsrdə yaşadığımız faciələrin təkrarlanması ehtimalını doğurur. Göyçay, Mingəçevir və Gəncədə bunun ilk əla-mətləri müşahidə olunub. (Azərbaycanda olmadığım müddətdə – 2008-ci ildən üzü bəri bu cür fəsadların bir çox başqa bölgələrdə də baş verdiyini nəzərə aldım);

2) Azərbaycanın çağdaş dünya iləəlaqələrini daha faydalı bir şəkildə inkişaf etdirməsinə zərbə vurmaqla yanaşı İran və SəudiyyəƏrəbistanının şəriətçi rejimlərinin, Türkiyənin müəyyən klerikal dairələrinin Azərbaycanda beşinci kalon yaratmasına imkan verir;

3) Şəriətçi düşüncənin bəsit çərçivəsi XXI əsrin çağdaş tələblərinin lazımınca dərkinə, özəlliklə də elmi-texniki tərəqqinin müasir nəaliyyətlərinin Azərbaycan xalqı tərəfindən həm MADDİ, həm də MANƏVİ ölçüsü ilə mənimsənilməsinəəngəl olur;

4) Şəriətçi təfəkkürün kənar maraqlara indekslənməsi məzhəbçilik pərdələməsində separatçı meyllərin güclənməsinə səbəb olur.

Bu təsbitlərin sayını artırmaq da mümkündür. Fəqət məqsədimiz uzunçuluq etmək deyil. Zatən bu sadalananlar belə ÇOX TƏHLÜKƏLİ bir durumun yarandığını göstərir. Ən mühüm məqamlardan biri bu təhlükələrə qarşı sırf şəriətçi-inzibati üsullarla mübarizənin istənilən halda strateji uğursuzluğa məruz qalacağımız ilə bağlıdır. Bunun səbəbləri:

1) Qafqaz Müsəlmanları Ruhani İdarəsinin (QMRİ) məsələyə sırf şəriət çərçivəsində yanaşacağı labüddür. Bu labüdlük isə öz növbəsində daha çox təsir gücünə, hazırlığa və imkanlara malik İran, SəudiyyəƏrəbistanı ve Türkiyə şəriətçiləri qarşısında QMRİ-nin acizliyini labüd edir. Digər mühüm amil toplumun xeyli hissəsinin QMRİ-nin fəaliyyətinə olan inamsızlığıdır. Nəticədə ölkənin şimalında vəhabi (bu təhlükə artıq hardasa Azərbay-canın bütün bölgələrinə sıçramışdır), cənubunda şiə, Mərkəzi-Aran rayonları, Şəki-Zaqatala bölgəsində isə nurçu emissarları əhali arasında ciddi təbliğat imkanları əldə ediblər (Son 8 ilin təhlili, özəlliklə də 2013-cü ildən etibarən Azərbaycan medyasında nurçularla bağlı yazıların mahiyyəti təhlükənin ÇOX BÖYÜK MİQYAS aldığını göstərdi);

2) Emissarlara və onların təsiri altına düşərək radikal addımlara meylli məzhəbçilərə qarşı müvafiq qurumların, özəlliklə də Milli Təhlükəsizlik Nazirliyinin apardığı mübarizə təq-dirəlayiqdir. Fəqət sırf bu qurumların fəaliyyətinə istinadən problemi həll etmək mümkün deyil. Eksinə, emissarlara və onların təsiri altındakı insanlara qarşı yalnız sərt inzibati üsullardan istifadə etmək daha çox tərs effekt yaradır. Bələ ki, ruhani-mənəvi-ideoloji ifşaya məruz qalmayan emissar və məzhəbçilər inzibati-hüquqi cəzalandırmalardan özlərinə “haqq işi uğrunda mübariz” imici formalaşdırmaq üçün istifadə edirlər. Nəticə etibarilə bu durum, haqsız olduqları halda haqlı görünməyə başlayan məzhəbçilərin Azərbaycandakı təbliğatlarını daha da gücləndirməsinə imkan verir. Vəziyyətdən çıxış yolu isə problemin mahiyətini araşdıraraq onu kökündən həll etməyi tələb edir. Bu həll yolları ilə bağlı mülahizələrə mərifətlə bağlı bölümdə toxunacağıq.

TƏRİQƏT

XXI əsrin tələbləri və mövcud Azərbaycan gerçəkliyi təriqətçiliyin ölkəyə xeyirdən çox ziyan gətirəcəyini göstərir. Fəqət bu zaman diqqət edilməsi gərəkən bir məqam var: Azərbaycana əsrlər boyunca xas olmuş, Azərbaycanda yaranmış bəzi təriqətlər xalqımızın milli-mənəvi dəyərlərinin təməllərindən birini təşkil edir. Onları xarici ölkələrdən ixrac edilən təriqətlərdən fərqli dəyərləndirmək lazımdır. Ümumilikdə isə təriqətçiliyin Azərbaycan toplumunun XXI əsrdəki əsas ehtiyaclarını ödəyə biləcək gücü yoxdur. Əksin mövcud geosiyasi gerçəklikdə müxtəlif dini görüşlərə məxsus təriqətçiliyin Azərbaycan toplumunda ciddi parçalanmalar yarada bilməsi təhlükəsi var.

MƏRİFƏT

XXI əsrin təməl demokratik dəyərlərinin – söz və fikir azadlığı, tolerantlıq və s. Prinsiplərinin Azərbaycanda bərqərar olması beynəlxalq ictimaiyyətin ən ciddi tələblərindən biridir. Biz də bu prinsiplərin Azərbaycanda təsbit olunmasını istəyirik. Fəqət bir incə məqamı gözardı etməmək şərti ilə: Azərbaycan xalqı milli-mənəvi irsinə tam yiyələnərək onu XXI əsrin çağdaş tələbləri ruhunda LAYİQİNCƏ YAŞADA BİLMİR. Bu durumda isə Azərbaycan yad maraqlara xidmət edən məzhəbçilər və təriqətçilər qarşısında mənəvi silahlarından məhrum qalmış olur. Dolayısı ilə hazırlıqsız olmağımız söz və fikir azaldığı, tolerantlıq və s. kimi prinsipləri bədxahlarımızın bizə qarşı addımları üçün münbit şərait yaratmış olur.

Bu durumda Koroğlu üsulu adını verdiyim bir çarəyəəl atmaq MÜTLƏQ ZƏRURƏTDİR. Dastanı oxuyanlar bilirlər ki, düşmən atlılarının onlara yetişməsini əngəlləmək üçün Koroğlu atası Əlı kişinin məsləhəti ilə Qıratı və Düratı TİKANLIĞA, DAŞLIĞA və DAĞLARA sürür. Və bununla da qurtulmuş olur. İndi Azərbaycanın etməsi gərəkən də ELƏ BUDUR. Azərbaycan ŞƏRİƏT və TƏRİQƏT bədxahlarından qurtulmaq üçün RUHANİ İDRAK ÖLÇÜSÜNÜ onların İSTƏSƏLƏR DƏ ÇATA BİLMƏYƏCƏKLƏRİ məqama- MƏRİFƏT məqamına yüksəltməlidir. Fəqət necə?

Aydındır ki 4 qapı 40 məqam idrakı boşluğu sevmir ve dolayısı ilə MƏRİFƏT MƏQAMINI LAYİQİNCƏ İDRAK ETMƏK ÜÇÜN istər şəriət, istərsə də təriqət mərhələsindən xəbərdar olmaq gərək. Fəqət bu zaman o mərhələlərdə İLİŞİB QALMAMAQ, RUHANİ VİRUSLARA YOLUXMAMAQ ÜÇÜN məsələlərə mərifət ərbabının – Beyazit Bistaminin, Mənsur Hallacın, Təbrizli Şəmsin, Mühyiddin İbn Ərəbinin, Hacı Bektaşi Vəlinin, Mövlana Cəlaləddin Ruminin,Yunus İmrənin, Şah Fəzlullah Nəiminin, Seyyid İmadəddin Nəsiminin, Əşrəfoğlu Ruminin, Şah Xatainin, Niyazi Misrinin və ismini saymaqla qurtara bilməyəcəyimiz TANRI ƏRLƏRİNİN İDRAK MƏQAMI ilə yanaşmaq gərəklidir. Sadəcə bu da yetməz. Dünyaya DAHA GENİŞ PƏNCƏRƏDƏN baxa bilmək üçün Xristiyan və Uzaq ŞƏRQ batini düşüncəsinin böyük simalarının, özəlliklə də Qərbin Təbrizli Şəmsi deyə təqdim edə biləcəyim Meister Eckhartın əsərlərini incələmək və gəniş kütləyə çatdırmaq gərəkdir. Mərifət qapısının təməl prinsipləri Tanrının İnsanda Təcəllisi və İnsanın Tanrısal İdrakı kimi dəyərləndirə biləcəyimiz Qurandakı “İnna lillahi və inna ileyhi raciun” (Bəqərə,156) məqamıdır. Kamil insan Allaha əmanət olmanın ƏTALƏTİ ilə deyil, Allahın əmanətini daşımasının (Əhzab,72) ƏRDƏMİ ilə var olandır. Belə bir insana HEÇ BİR GÜC xəyanət və cəhalət köynəyi geydirə bilməz. Bu vəziyyətdə Azərbaycan toplumunun mərifət idrakı ilə silahlanaraq HƏQİQƏT bilgisinə qovuşması lazımdır.

Mərifət idrakı nəticə etibarilə Azərbaycanda:

1) Çağdaş cəmiyyətin formalaşması prosesini sürətləndirməklə yanaşı kənar maraqlara xidmət edən güclərin zərərsizləşdirilməsinə;

2) Məzhəbçilik və təriqətçilik kimi bölücü hallara qarşı inzibati-cəza mexanizmindən çox, MAARİFÇİLİK prinsipindən çıxış etməklə kənar təsirlərə qapılmış Azərbaycan vətəndaşlarının əksəriyyətinin yenidən milli-mənəvi dəyərlərimizə sahib çıxmasına imkan yaradar.

Yuxarıda adını çəkdiyimiz TANRI ƏRLƏRİNİN əsərlərinin araşdırılması, Azərbaycanda nəşr edilməsi, onlarla ilgili müxtəlif tədbirlərin keçirilməsi və digər bənzər addımların atılması Azərbaycanı bütün dünyada DAHA FƏRQLİ və DAHA DƏRİNDƏN tanıda bilər. Bununla biz dövlət və millət olaraq dünyadakı BÜTÜN SUFİLƏRƏ, BATINİ İDRAK TƏMSİLÇİLƏRİNƏ həmrəylik mesajı göndərə, ABŞ-dan tutmuş Yaponiyaya qədər bütün dünyada yaşayan on milyonlarla çağdaş dərvişin Azərbaycana dostluq və sevgi ilə yanaşmasına nail ola bilərik. Ənənəvi diaspor imkanlarından DAHA GÜCLÜ OLAN bu RUHANİ DİASPOR ölkəmiz üçün daha böyük imkanlar dəməkdir. Şərti olaraq Bakı-İstanbul-Təbriz deyə biləcəyimiz üçbucaqda yaşayan milyonlarla sufinin, özəlliklə də Şah Xətai və Seyyid Nəsimi heyranı olan qızılbaş-ələvi-bəktaşinin, Azərbaycanla tarixi əlaqələri olan Qədiri, Xəlvəti, Nəqşibəndi, Rifai və s. təriqət təmsilçilərinin ölkəyə olan diqqət və sevgisinin daha da artmasına, onların Azərbaycanı DOĞMA VƏTƏN olaraq görməsinə və adekvat davranmasına nail ola bilərik. Dolayısı ilə Azərbaycanın MƏNƏVİ POTENSİAL və İLAHİ GÜC QAYNAĞI ilə bütünləşməsi zəminində DAHA QÜDRƏTLİ dəvlət olmaq şansı yaranmış olur. Bu anlamda Azərbaycanda BATINİ-TƏSƏVVÜF ARAŞDIRMA MƏRKƏZİNİN yaradılmasına və toplumu mərifət məqamı ilə tanış edə biləcək əsərlərin nəşrinə CİDDİ EHTİYAC var. Sonucda mərifətin davası Seyyid Nəsiminin TAXTA QILINC-MƏRİFƏT DAVASIDIR. Quran belə buyurur: “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) SEVƏRLƏR”

Azərbaycana sevgi və sayğılarımla,

Dimes Hak Alerli

2006, sentyabr, Bakı-2014, noyabr, İstanbul

(senet.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600