Ebola virusundan ölənlərin sayı açıqlandı

media-hightechnic-468x90

Konqo Demokratik Respublikası və Uqandada ebola virus xəstəliyi üzrə təsdiqlənmiş yoluxma halları 397-yə yüksəlib, onlardan 63-ü ölümlə nəticələnib.

Yenicag.az xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (Africa CDC) baş direktoru Jan Kaseya bəyanat verib.

“Son məlumatlara əsasən, 381 hal DKR-də, 16 hal isə Uqandada təsdiqlənib”, — o, Cenevrədə keçirilən mətbuat konfransında bildirib.

17 may tarixində Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikası və Uqandada Ebola virus xəstəliyinın yayılmasını ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Yayılmaqda olan Bundibugyo ştammına qarşı təsdiqlənmiş müalicə üsulları və vaksinlər mövcud deyil. Buna görə də həyati əhəmiyyətli palliativ tibbi yardım, o cümlədən təcrid etmək , yoluxmuş şəxslərdə maye itkisinin bərpası və ağrını azaltmaq üçün müdaxilələr xüsusilə vacib hesab olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05