Azərbaycan millisi Xorvatiyaya qarşı seçmə oyuna hazırlaşır

Bu gün Milli Komandaların Məşq Mərkəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov Azərbaycan milli komandası ilə görüşüb.

Yenicag.az xəbər verir ki, AFFA rəhbərliyi AÇ-2020-in seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.

Qeyd edək ki, Azərbaycan millisi Zaqrebə martın 19-da yollanacaq və bundan 2 gün sonra “Maksimir” stadionunda Xorvatiya ilə yoldaşlıq görüşü keçirəcək. Litva ilə qarşılaşma isə martın 25-də “Bakcell Arena”da olacaq.