Azərbaycan neft qiyməti ilə bağlı risqə gedir

media-hightechnic-468x90

27718783-digital-illustration-of-oil-pump-jack-and-growth-graph-with-dollars“Büdcədə neftin qiymətinin 90 dollardan götürülməsi və bir ssenarinin olması doğru deyil”


“Gələn ilin büdcəsində neftin bir barrelinin 90 dollardan götürülməsi risqlidir”. Bu sözləri Yenicag.az saytına açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, “Neft ölkələri “qara qızıl” bazarında olan son prosesləri nəzərə alaraq, büdcə layihələrini bir neçə variantda hazırlayırlar. Hətta Rusiya neftin qiymətilə bağlı üç ssenari üzrə büdcə layihəsi hazırlayıb. Bu ölkənin hətta 4-cü “stress” ssenarisi də var ki, o da neftin qiymətinin 60 dollara düşməsi fonunda işləyəcək. Amma Azərbaycan hökuməti büdcə parametrlərini bir ssenari üzrə hazırlayıb və neftin bir barrelini 90 dollardan götürüb. Ümid edirlər ki, 2015-ci ilin illik ortalama qiyməti aşağı, yuxarı 90 dollar civarında olacaq. Amma bu çox risqli hesablamadır.NatiqCeferliasdgvbhjkl,mnbvcxzqwertyuioÇünki, dünya bazarında gedən fundamental iqtisadi məsələləri nəzərə alaraq, belə güman etmək olar ki, neftin qiymətinin azalması bu ilin sonuna qədər davam edəcək. Gələn il isə bu ilin sonunda olan qiymətlər səviyyəsində stabilləşəcək. Bunun üçün ciddi makroiqtisadi faktorlar var. Ona görə də düşünürəm ki, hökumətin neftin qiymətini 90 dollar civarında götürməsi əslində risqlidir. Güman ki, bu proqnoz özünü doğrultmasa, gələn ilin mayında hökumət büdcənin yenidən riviziyasını aparacaq. Çünki, 90 dollardan aşağı osa, büdcə parametrlərini tutdurmaq mümkün olmayacaq. Hökumət əvvəlki illərdə də bu addımı atıb. Amma o zamanlar bu addım neftin qiyməti və gəlirlər artanda baş vermişdi. Amma daha yaxşı olardı ki, iki ssenari hazırlansın. Biri 90 dollardan, digəri də70-75 dollardan hesablanmaqla
”.
Qeyd edək ki, hökumət gələn il üçün büdcədə neftin bir barrelini 90 dollardan götürmək qərarına gəlib.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600