!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan nefti beş faiz bahalaşdı

!Reklam – Yazi

2021-ci ilin mart ayında Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin orta qiyməti 65,95 ABŞ dolları dəyərində olub.

Yenicag.az xəbər verir ki, bu göstərici 2021-ci ilin fevral ayındakı neftin bir barelinin orta qiyməti ilə müqayisədə 3,21 ABŞ dolları qədər və ya 5,12 faiz daha çoxdur.

Mart ayında neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 12 mart tarixində qeydə alınıb və 69,84 ABŞ dollarına bərabər olub. İlin əvvəlindən ilk dəfədir ki, “Azeri Light” 70 dollar həddinə bu qədər yaxınlaşıb.

Azərbaycan neftinin qiymətinin ən aşağı həddi isə 25 mart tarixində qeydə alınıb və məhsulun qiyməti 61,31 ABŞ dollarını təşkil edib.

Ötən ay ərzində neftin qiyməti ilk dəfə 5 mart tarixində 69 dollar həddini ötərək, 69,26 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, “Azeri Light” markalı neftin fevral ayında bir barelinin orta qiyməti 62,74 ABŞ dollarına bərabər olub.

COP29

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv