İtaliyanın bir aylıq aviasiya yanacağı qalıb

media-hightechnic-468x90

İtaliya hava limanları uçuşları ən azı may ayının sonuna qədər təmin etmək üçün kifayət qədər aviasiya yanacağı ehtiyatına malikdir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İtaliyan Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini qeyd edib.

“İtaliya hava limanları üçün nəzərdə tutulan aviasiya yanacağının 50 %-i Hörmüz boğazından tranzitlə keçir, lakin İtaliyadakı mövcud ehtiyatlar ən azı may ayının sonuna qədər fasiləsiz işi təmin edir və bizim mövqeyimiz əksər Avropa dövlətlərindən daha möhkəmdir”, – o, deputatların suallarını cavablandırarkən bildirib.

Salvini əlavə edib ki, hələlik “uçuşların təhlükəsizliyini və ya sistemin işinin davamlılığını təhlükə altına qoyan” fövqəladə vəziyyətdən söhbət getmir.

İtaliyalı nazir həmçinin qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin səbəb olduğu enerji böhranının nəticələrini aradan qaldırmaq üçün Avropa Komissiyasından daha ciddi addımlar gözləyir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05