Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildi

media-hightechnic-468x90

İyunun 5-də BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının (CEU) Bakı şəhərində keçirilən 71-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası bir daha təşkilatın İcraiyyə Şurasının 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilir ki, seçkilər yüksək rəqabət şəraitində keçirilib. BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üçün ayrılmış 5 yer uğrunda ölkəmizlə birgə 9 namizəd ölkə mübarizə aparıb. Azərbaycan Respublikası səsvermənin ilk mərhələsində iştirak edən üzv ölkələrin əksəriyyətinin səsini toplayaraq Şuraya seçilib.

BMT-Turizmin İcraiyyə Şurası 35 üzv ölkədən ibarət təşkilatın əsas idarəedici orqanıdır. Şura bir çox məsələlərlə yanaşı təşkilatın Baş katibinin seçilməsi, strategiya və planlarının həyata keçirilməsi, funksionallığının və qərarlarının icrasının təmin edilməsi kimi əhəmiyyətli istiqamətlərə məsuldur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600