Azərbaycan Qərbin Mərkəzi Asiyaya çıxışının TƏMİNATÇISI ROLUNDA - ŞƏRH

media-hightechnic-468x90

“ABŞ və Qərbin Mərkəzi Asiya regionu ilə əlaqələri əməli şəkildə inkişaf etdirməsi Azərbaycan olmadan qeyri-mümkün görünür”.

media-162764006595484376_1200x630

Bu fikirləri siyasi şərhçi Zaur Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin “Mərkəzi Asiya – ABŞ” (“C5+1”) formatlı sammitdə iştirak ehtimalını Yenicag.az-a şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Mərkəzi Asiya ölkələri başa düşür ki, Azərbaycan onlar üçün Avropaya çıxışda açar rolunu oynayır:

“Sözügedən ölkələr kommunikasiya xətləri və siyasi qərarların qəbulunda Azərbaycan kimi ölkə ilə əməkdaşlıqda maraqlıdırlar. Bu baxımdan İlham Əliyevin “Mərkəzi Asiya–ABŞ” (“C5+1”) formatlı sammitə dəvət olunması onu göstərir ki, Azərbaycan qlobal miqyasda proseslərdə, Avrasiyanın mərkəzində mühüm və aparıcı rola malikdir. Əlavə edək ki, Avropa İttifaqı (Aİ), NATO və ABŞ-nin siyasi-iqtisadi maraq dairəsini genişləndirmək istiqamətində əsas məqsədlərindən biri Mərkəzi Asiyaya çıxış əldə etməkdir. Bu çıxış üçün isə həmin regiona “qapı” rolunu oynayan və xüsusilə Türk dövlətləri arasında birləşdirici funksiyaya malik Azərbaycanın proseslərdə iştirakı vacibdir. Rəsmi Bakı olmadan ABŞ, Qərb və Mərkəzi Asiya ölkələri arasında əməli əlaqələri genişləndirmək mümkün deyil. 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda iştirakına nəzər saldıqda görürük ki, Azərbaycanın xarici siyasətində yeni coğrafiyalar müəyyənləşib və ölkəmiz bu çərçivəni aşaraq öz siyasi-iqtisadi maraqlarını daha geniş miqyasda həyata keçirir”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa