Azərbaycan Qəzzaya sülhməramlı göndərəcək? - Sabiq XİN rəhbərindən ŞƏRH

media-hightechnic-468x90

“Qəzzaya sülhməramlı missiyanın göndərilməsi üçün konkret razılaşma olmalıdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində sözügedən məsələ haqqında qərar verilməlidir”.

media-tofiq

Bu fikirləri Yenicag.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Qəzzaya sülhməramlı missiya göndərmə ehtimalını şərh edərkən deyib.

O bildirib ki, rəsmi Bakı hansısa razılaşma çərçivəsində bu missiyanı üzərinə götürə bilər:

“Düzdür, indiki məqamda rəsmi anlaşma yoxdur. Razılaşma olmalıdır ki, onun ətrafında beynəlxalq addımlar atılsın. Əsas sual odur ki, BMT əməliyyatı dəstəkləyəcək, ya yox. Hazırda bu barədə nəsə demək tezdir. Ümumilikdə isə sülhməramlı əməliyyatın mahiyyətini daha aydın şəkildə anlamalıyıq. Razılıq əldə olunsa, çox güman burada ən çox humanitar məsələlərə önəm veriləcək. Lakin indiki durumda sözügedən ərazidə atəşkəs pozulur. Misirdəki “Sülh Sammiti”ndən sonra açıq qalan məsələlər var. Həmçinin HƏMAS və Fələstin Administrasiyası da bir-biri ilə münaqişə içindədir. Bunlar həll olunmalıdır. Yalnız bundan sonra hansısa dövlətlərin bu missiyada iştirakı barədə fikir yürütmək olar”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa