Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərəcək? - VİDEO
“Təkliflər qəbul edildikdən sonra münaqişə tərəflərinin razılığı ilə əraziyə sülhməramlı kontingent daxil ola bilər”.
Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, sülh proqramı çərçivəsində Azərbaycanın Qəzzaya sülhməramlı kontingent göndərməsi ehtimalından danışıb.
Hərbi ekspert bildirib ki, sülhməramlılar İsrail və HƏMAS arasında atəşkəsin dayandırılmasına dair razılıq əldə olunan zaman əraziyə göndərilə bilər.
“İndiki vəziyyətdə sülhməramlı kontingentin Qəzza zolağına göndərilməsi sadəcə müzakirə mövzusudur. Bunun nə konkret tərkibi, nə müddəti, nə də yerinə yetirəcəyi funksiyaları müəyyənləşdirilib. Həmçinin Azərbaycan üçün prioritet məsələ də deyil”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə “Sülh Şurası” yaradılıb. Bu təşəbbüs, çoxmillətli sülhməramlı qüvvələrin formalaşdırılmasını nəzərdə tutur. Məlumata görə, bu qüvvələrin tərkibinə BƏƏ, Səudiyyə Ərəbistanı və Azərbaycandan olan bölmələr də daxil ola bilər. Lakin hələlik rəsmi iştirak ilə bağlı təsdiqlənmiş məlumat yoxdur.