Azərbaycan rayonları qışın soyuğunda qazsız qaldı

media-hightechnic-468x90

Azərbaycanın bir sıra rayonlarında qaz təchizatında problemlər ortaya çıxıb.

Oxu.Az-ın məlumatına görə, Respublika ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz verilişində fasilə yaranıb.

“Azəriqaz” İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları sözügedən ərazilərə ezam olunsalar da, hələ qaz problemi həll olunmayıb.

Qışın sərt keçməsini nəzərə almayan qurum bir müddət öncə “Astara-Qazməmməd” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə, 13-15 dekabr tarixlərində qaz təchizatında fasilə yaranacağını açıqlayıb. Bundan belə nəticəyə gəlmək olar ki, sözügedən qurum insaların isinmə problemlərini heçə sayır və öz “işini” görməyə davam edir.

İşinə laqeyd yanaşan qurum indi problemin qısa zamanda həll olunacağını deyir.

Qeyd edək ki, qaz problemi təkcə bununla bitmir. Respublikanın bir çox kənd ərazilərində ümumiyyətlə qaz xətti olmadığından sakinlər qiyməti “əl yandıran” odun alıb isinməyə çalışırlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600