Azərbaycan səfirliyi yenidən Rusiyanın hədəfində: "Normal məntiq bunları bir zəncirin halqası kimi görməyə bilmir"

media-hightechnic-468x90

“Bunu Azərbaycan və Rusiya münasibətlərinə xain bir zərbə kimi dəyərləndirirəm”.

Bunu Rusiyanın Ukraynanın paytaxtına raket zərbələri endirməsi nəticəsində Azərbaycan səfirliyinini binasına da ciddi ziyan dəyməsi barədə fikirlərini səsləndiriən sabiq baş nazir Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.

P. Hüseyn Rusiyanın təcavüzkar ölkə olduğunu xatırladaraq qeyd edib:

“Artıq neçənci dəfədir ki, Kiyevə raket zərbələri endirilən zaman Azərbaycan səfirliyinə ziyan dəyir. Bunu artıq təsadüfi bir şey kimi dəyərləndirmək çətindir. Burada sanki bir mesajın verildiyini də deyə bilərik. Ukrayna və Azərbaycan arasındakı münasibətlər, Azərbaycanın Ukraynaya humanitar yardımları kimi məsələlər olduqdan dərhal sonra bu kimi halları müşahidə edirik. İstənilən halda, Rusiya təcavüzkar ölkədir və elə o təcavüzün hədəfində olan ölkələrdən biri də Azərbaycandır. Bu baxımdan, sözün düzü, bunu o qədər də gözlənilməz hesab etmirəm.

Əlbəttə ki, bu, beynəlxalq hüquqa, diplomatik nümayəndəliklərin toxunulmazlığının təsbit edildiyi konvensiyalara ziddir. O cümlədən bunu Azərbaycan və Rusiya münasibətlərinə xain bir zərbə kimi dəyərləndirirəm. Buradan nəticə çıxarmadılması zəruridir”.

Siyasətçi Bakıda keçirilən Zəfər paradından sonra Pakistanda terror hücumu həyata keçirilməsinin, Türkiyəyə məxsus hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasını və son olaraq Azərbaycan səfirliyinə ziyan vurulmasını bir zəncirin halqası kimi düşünülə biləcəyini deyib:

“Normal məntiqlə bunlar təsadüfi görünmür, bir zəncirin halqası kimi görünür. Mən prinsip etibarilə həmin ölkələrdə aparılan tədqiqatın nəticələrini gözləməyin tərəfdarıyam. Ancaq istənilən halda, normal məntiq bunları bir zəncirin halqası kimi görməyə bilmir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa