Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan səhiyyəsində YENİLİK

Azərbaycanda ilk dəfə olaraq, ana bətnində olan döllərdə irsi xəstəliklərin diaqnostikası üçün ən yeni texnologiya tətbiq ediləcək.

Trend-in məlumatına görə, bunu bu gün “Perenatal diaqnostikada yeni texnologiyalar” layihəsinin təqdimatına həsr olunan Azərbaycan və Türkiyə həkimlərinin birgə konfransında Türkiyənin Genetik Xəstəliklərin Diaqnostikası Mərkəzinin (GENOKS) Azərbaycan üzrə rəsmi təmsilçisi Ersadiq Turan bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ana bətnindəki döllə bağlı hər hansı narahatlıq olduqda ananın bətninə iynə batırılır və döldən nümunə götürülür: “Amma bunun bəzi riskləri var. Uşağın düşmə, infeksiya keçmə riski var”.

E.Turan deyib ki, irsi xəstəliklərin yeni diaqnostikası NİFTY testi vasitəsilə aparılacaq. Bu test 19 genetik parametr üzrə genetik xəstəliyi analiz etməyə imkan verir: “Bu zaman ananın venasından qan götürülür, döllə ananın qanı tutuşdurulur və uşağın xromosomlarına baxılır. Nətəcidə də müəyyən edilir ki, dölün hər hansı sıxıntısı var, ya yox”.

O bildirib ki, NİFTY uşaqda genetik riskləri təyin edən, etibarlı, sürətli və maksimum müsbət faizə sahib olan testdir. Perenatal diaqnostika əsasən doğulmamış döldəki irsi xəstəlikləri və inkişaf qüsurlarını müəyyənləşdirir, nəticədə dünyaya daha sağlam uşaqlar gəlir.

E.Turan qeyd edib ki, hazırda ana bətnindəki döldə olan bəzi irsi xəstəliklərin müəyyənləşdirilməsi üçün anadan götürülən nümunələr xaricə göndərilir və test orada həyata keçirilir. Amma bu yeni texnologiya həmin xəstəliklər üzrə də müayinələrin ölkədə aparılmasına imkan verəcək.

Yeniçağ.az

www.yenicag.az

426