!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan–Serbiya münasibətlərində YENİ MƏRHƏLƏ: "Mürəkkəb şəraitdə təhlükəsizliyin təmin olunması..." - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var”.

Bu sözləri Serbiya Prezidentinin Azərbaycan səfərini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Serbiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir:

“Bakı və Belqrad hər zaman bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu, dünyada hökm sürən ikili standartlar fonunda olduqca vacibdir. Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək. Həm Serbiya, həm də Azərbaycan öz resurslarına arxalanan ölkələrdir. Bu isə gələcək əməkdaşlıq üçün mühüm zəmin yaradır.

Prezident Vuçiçin nitqində ən çox diqqət çəkən məqam Azərbaycanın təbii resurslarla zəngin olan ölkələrlə müqayisəsi oldu. Dövlət başçısı nəqliyyat-logistika sahəsində böyük potensialın olduğunu qeyd edərək, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyini bildirdi və onu da əlavə etdi ki, bu istiqamətdə uzlaşma və bağlantının yaradılması üçün müvafiq qurumların fəal işləməsi lazımdır. Həqiqətən də nəqliyyat-logistika sahəsində mövcud potensialı real nəticələrə çevirmək üçün birgə fəaliyyətin təşkili şərtdir və hər iki ölkənin ərazisindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçməsi bu sahədə effektiv birgə fəaliyyəti zəruri edir”.

Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacağının anonsuna da toxunan politoloq hesab edir ki, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün artıq müvafiq saziş imzalanıb:

“Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Dövlət başçısı çıxışında bildirdi ki, bu sahə üzrə hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir. Göründüyü kimi, bu gün Azərbaycan və Serbiya bütün əməkdaşlıq formalarını müzakirə edir. Dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra isə daha mühüm olan bəzi yeni əməkdaşlıq sahələri də açılmaqdadır. İndi iki ölkə arasında müdafiə sənayesi sahəsi ilə bağlı əməkdaşlıq və təcrübə mübadiləsinin dərinləşməsi hər iki ölkənin bu sahədə daha böyük uğur qazanacağını deməyə əsas verir. Bu da indiki mürəkkəb şəraitdə təhlükəsizliyin təmin olunması baxımından olduqca vacibdir”.

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv