!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan silah sənayesini gücləndirir – Gərginlik dönəmində mühüm ADDIMLAR

!Reklam – Yazi

“Hazırkı gərginlik, silahlanma, müharibə ehtimalı Azərbaycanın seçimi deyil”.

Bu fikri Azərbaycanın silah sənayesini gücəndirməsi və bunun səbəblərini Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə görə, belə gərgin dövrdə özünü silah və sursatla təmin etmək çox önəmlidir.

“Silah ticarəti dünyada öncül yerləri tutur. Böyük transmilli korporasiyalar müharibələrin olmasında maraqlıdır. Atom silahları çıxandan sonra düşünülürdü ki, müharibələr səngiyəcək, görürük ki, tam əksi baş verir”, – deyə o bildirib.

Ekpert əlavə edib ki, müharibə zamanı silahlara, mərmilərə, güllələrə ehtiyac yaranır.

“Rusiya kimi bir dövlət xaricdən sursat, mərmi almağa məcbur olub. Rusiya özü böyük silah istehsalçıları arasındadır, ancaq bu sahəni daha da genişləndirməklə məşğuldur. İlk mərmi və güllə istehsalını genişləndirir. Hətta Rusiya istehsalı o həddə çatdırıb ki, çoxdan borclu olduğu Ermənistana 400 milyon dollar həcmində sursatı verib. Göründüyü kimi, Ukrayna da silah istehsalını qaydasına qoyur”, – deyə o qeyd edib.

Azərbaycanın silah istehsalına gəldikdə isə hərbi ekspert bunları deyib ki, bu il üçün silah sənayesinə 1 milyard vəsait ayrılıb.

“Ən əsası isə mərmi istehsalına ciddi önəm verilir. Azərbaycanda dəfələrlə mərmiyə ehtiyac yaranıb. Ona görə də, bu sahəyə diqqət ayrılması doğrudur. Azərbaycan öz istehsalını ödəməkdən başqa, xarici ölkələrə də satışlar həyata keçirir. Raket istehsalına da başlanacağı gözləniləndir.

Bəzilərində belə bir təəssürat yaranır ki, Azərbaycan müharibəni qalibiyyətlə başa vurubsa, niyə hərbi və silah sahəsini yenə ön planda saxlayır? Bu, Azərbaycanın seçimi deyil. İstər dünyada, istərsə də regionda gərginliyi görürük. Proseslər müharibə həddinə çatanda ən yaxın saydığın ölkələr belə mərmi satmaqdan imtina edir, yaxud daha baha qiymətə satır.

İstehsal və buna tələbat varsa, silah satmaqda qeyri-qanuni bir şey yoxdur”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv