!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan teleməkanında çox danışmaq problemi - Cəvahir Nehru yazır

!Reklam – Yazi

Son vaxtlar telekanallarımızda ən qabarıq şəkildə özünü göstərən problemlərdən biri də aparıcıların dinləmə qabiliyyətinin olmamasıdır.

Sanki dilotu yeyib çıxıblar efirə. Ağına-bozuna baxmadan elə bir ucdan üyüdüb, tökürlər. Ay balam, bir mafar ver, verilişinə dəvət etdiyin qonaqlar da danışsın. Özü də tək bir telekanalın aparıcısı olsa, dərd yarıdır, hamısında belədir.

Biri elə “Ovqat” verilişi… İnsafən, pis veriliş deyil. Hərçənd, uzun illər efirdə yayımlanır, amma baxmayaarq ki, “refreş”ə ehtiyacı var, amma elə “köhnə hamam, köhnə tas”dan o yana keçmir. Amma yenə də mədəniyyət mövzusunda olan tək-tük verilişlər sırasındadır. Sözüm bunda deyil. Aparıcı Səyyarə çox danışmaqda nə uçana imkan verir, nə qaçana. Köhnə dəyirman kimi, elə üyüdüb tökür.

Adam bildiyi, əzbərlədiyi bütün aforizmləri, misraları nətəhər ipə-sapa düzürsə, bir onda görürsən ki, deyir “veriliş çox maraqla gedir, imkanım olsa, uzadardım, amma neyləyək ki, vaxtın gətirdiyi qənaət var, əməl etmək borcumuzdur”.

Yaxşı, özün də bilirsən ki, vaxtın gətirdiyi qənaət var, arada imkan ver o qonaqların da necə deyərlər dodaq tərpəşdirsin.

Keçən axşam da elə hazırlaşırdım ki, verlişə baxım. Qonaqlar da maraqlı sənətkarlar idi – Xalq artistləri Mələkxanım Eyyubova və Mölət Müslümov. Adamların gözü Səyyarənin ağzında qalmışdı ki, bəlkə qısa edə, bunlar da ürəklərini boşalda, boş danışıqdansa musiqiyə yer verələr. Ha gözlədilər, gördülər yox e, “hələ finişə çox var”. Səyyarənin salamlaşması, özünü savadlı, biləyən göstərməsi üçün əzbərlədiyi bütün aforizmlər, rəngbərəng cümlələr bitdi, amma qızın enerjisi bitmədi ki bitmədi…

“Musiqimizdən, şeiriyyətdən daha çox danışın”, desə də, elə özü deyib, özü də danışdı.

Anlayıram, aparıcısı kimi özünü savadlı, saz, söz, şeiriyyət, musiqi bilicisi kimi göstərmək istəyirsən, tamam, anlaşılandır. Amma elədirsə, bu qonaqların vaxtını alıb, ora niyə çağırmısan? Sənin missiyan qonaqların da yerinə danışmaq deyil axı. Niyə axı qonağın bir cümləsini axıra çatdırmasına imkan vermirsən? Bir cümləsində sözünü azı üç dəfə kəsirsən.

Məsələ burasındadır ki, bu iradım təkcə eyni aparıcıya aid deyil, digərləri də danışmaq üzrə rekord qırmağa çalışır. Qonağın sözünü kəsir, ya da sözünü ağzında qoyur. Nəfəsi kəslə-kəsilə özü danışır. “Zaryadkası” bitəndə də veriliş bitir. Bir zəhmət, danışdığınız kimi dinləməyi də öyrənin ay “biləndərlər”.

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv