!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan üçün DEMOQRAFİK “SOS”: Ölkədə doğumun səviyyəsi niyə aşağı düşür? – VİDEO

!Reklam – Yazi

“Sosial qayğıların çoxaldığı bir cəmiyyətdə doğum hallarının azalması normaldır”.

Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2020-ci ilin yanvar-iyul aylarında doğum ötən ilin eyni dövrünə nəzərən 12,9 faiz azalıb, ölüm halları isə 10,3 faiz artıb.

Ölkədə doğumun səviyyəsinin azalmasının səbəblərini Yenicag.az-a şərh edən “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı bildirib ki, bu tendensiya əhalinin sosial vəziyyəti ilə birbaşa bağlıdır.

Sosioloqun sözlərinə görə, sosial vəziyyəti ağırlaşan ailələr övlad dünyaya gətirməyi əlavə yük hesab edirlər.

“Əslində, sosial qayğıların çoxaldığı bir cəmiyyətdə doğum hallarının azalması normaldır. Çünki sosial vəziyyəti çətinləşən ailələr övlad dünyaya gətirməyi özləri üçün əlavə yük sayırlar.

Məlumdur ki, pandemiya dövründə tətbiq olunan məhdudiyyətlər insanlar üçün əlavə problemlər yaratdı. Sosial qayğıların artdığı bir cəmiyyətdə doğum hallarının azalması normaldır.

Ölüm hallarının artımı isə bu dönəmdə yaşanan narahatlıq, qorxu və stresslə bağlıdır. Sadə nümunə ilə izah etsək, küçələri dezinfeksiya edən maşınların səsi belə sağlam insanlarda psixoloji gərginlik yaradır.

Müşahidələrimə görə, panik-atak xəstəliyi olanlar, yüksək təzyiqdən əziyyət çəkənlər və ürək xəstələri bu səsi eşidəndə həyəcan keçirir və Təcili Tibbi Yardıma müraciət etmək məcburiyyətində qalırdılar.

Eyni zamanda, kütləvi informasiya vasitələrində pandemiya ilə bağlı neqativ xəbərlərin yayımlanması da ölüm hallarının artımına təsir edib”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda Azərbaycan әhalisinin sayının avqustun 1-nə 10 milyon 100 min 622 nәfәrә çatdığı bildirilib.

Gülşən Şərif

 

www.yenicag.az

1490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv