Azərbaycan UEFA reytinqində irəlilədi

media-hightechnic-468x90
img1838633UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Yenicag.az trend-ə istinadən xəbər verir ki, I təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.
Azərbaycanın reytinqdəki mövqeyində irəliləyiş olub. Birinci təsnifat mərhələsinin cavab oyununda heç-heçə edən “İnter” və “Neftçi” hərəyə 0,125, “Qəbələ” isə qalib gəlməklə reytinqimizə 0,250 xal qazandırıb.
Bununla da, son 5 mövsümün nəticəsinə əsasən xalını 11,250-yə yüksəldən Azərbaycan reytinq siyahısında 1 pillə irəliləyərək 28-ci yerdə qərarlaşıb. Bu nəticə ilə Azərbaycan Serbiyanı 0,125 xal qabaqlamağı bacarıb.
Qeyd edək ki, siyahıya 84,070 xalla İspaniya başçılıq edir. Almaniya ikinci, İngiltərə isə üçüncü pillədə qərarlaşıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600