Azərbaycan və ABŞ Zəngəzur dəhlizinin açılmasını müzakirə edib

media-hightechnic-468x90

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verilib.

Eyni zamanda Zəngəzur dəhlizinin açılması, “TRIPP” layihəsinin sürətləndirilməsi, Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsində ABŞ ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı aviasiya və dəniz nəqliyyatı daxil olmaqla nəqliyyatın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa