Azərbaycan və Böyük Britaniya arasında hərbi təlimlərin ANONSU VERİLDİ

media-hightechnic-468x90

“Azərbaycan və Böyük Britaniya arasında hərbi təlimlər keçirilə bilər”.

media-4a7e534215483a64c46122fc7117a3f4

Bu fikirləri hərbi ekspert Emin Həsənli Azərbaycan və Böyük Britaniya Müdafiə Nazirliklərinin 2026-2027-ci illər üçün imzaladıqları ikitərəfli əməkdaşlıq planını Yenicag.az-a şərh edərkən deyib.

O bildirib ki, “Əsrin müqaviləsi” imzalandıqdan sonra hər iki ölkə arasında ciddi iqtisadi əlaqələr qurulub:

“İkinci Qarabağ müharibəsi zamanı da Azərbaycana ən böyük dəstək verən ölkələrdən biri Böyük Britaniya olub. Onlar, Birləşmiş Millət Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi ölkəmizə qarşı qətnamənin müzakirəyə çıxarılmasına mane oldular. İmzalanan əməkdaşlıq planı çərçivəsində isə iki ölkə arasında hərbi texnoloji silahların əldə edilməsi və mümkün istehsalı milli maraqlarımıza uyğundur. İsraillə, Çinlə, Pakistanla, Türkiyə ilə sıx əlaqələrimiz mövcuddur. Böyük Britaniya ilə də əməkdaşlıq çərçivəsində, müdafiə sistemlərinin öyrənilməsi və təcrübə mübadiləsi əsas istiqamətlərdən biri ola bilər. Adıçəkilən ölkənin Türk dünyasına və Türkiyəyə münasibəti olduqca müsbətdir. Gələcəkdə üçtərəfli platformaların yaradılması ehtimalı da müzakirə oluna bilər. Unutmaq olmaz ki, Böyük Britaniya dünya siyasətində öz çəkisi olan ölkələrdəndir”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa