Azərbaycan və Moldova arasında memorandum imzalandı

media-hightechnic-468x90

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Moldovanın Milli Enerji Tənzimləmə Qurumunun (ANRE) baş direktoru Aleksey Taranın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki tənzimləyici qurum arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Yenicag.az EMTA-nın yaydığı məlumata istinadən xəbər verir ki, sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin baş direktoru Aleksey Taran imzalayıblar.

Anlaşma memorandumu ikitərəfli və regional enerji bazarının tənzimlənməsi məsələləri üzrə birbaşa dialoq qurmaq və inkişaf etdirmək, regional enerji bazarına təsir edən təcili və ya fövqəladə hallar zamanı səmərəli məlumat mübadiləsini təmin etmək, eləcə də tənzimləyici islahatların hazırlanması və həyata keçirilməsində təcrübə mübadiləsi aparmaq üçün müxtəlif tədbirlər təşkil etməklə əməkdaşlığı möhkəmləndirmək məqsədini daşıyır.

Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında qaz bazarının monitorinqinin cari problemləri və həlli yolları, eləcə də bərpa olunan mənbələrin şəbəkəyə inteqrasiyası və payının artırılması, həmçinin enerji dayanıqlığını gücləndirmək üçün tədbirlər ilə bağlı müzakirələr aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600