!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı: “Mərhələli təxliyə planı ən optimal yoldur” – Partiya sədri

!Reklam – Yazi

“Xaricdəki Azərbaycan vətəndaşlarının kütləvi şəkildə təxliyə edilməsi ölkədəki epidemioloji durumu pisləşdirə bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın koronavirus pandemiyası ilə əlaqədar olaraq, xarici ölkələrdə olan vətəndaşlarının vətənə qayıtmalarını təmin etmək üçün həyata keçirdiyi təxliyə planını şərh edən Milli Vəhdət Partiyasının (MVP) sədri Yunus Oğuz deyib.

MVP sədrinin sözlərinə görə, xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı müəyyən plan əsasında həyata keçirilir:

“Xaricdə olan Azərbaycan vətəndaşlarının pandemiya ilə əlaqədar olaraq kütləvi şəkildə təxliyəsi insanlar arasında virusun yayılması tempini daha da artıra bilər. Digər tərəfdən, dövlət vətəndaşların xarici ölkələrdən təxliyəsi zamanı yüksək miqdarda vəsait sərf edir. Onların karantinə götürülməsi və bu müddət ərzində bütün zəruri ehtiyaclarının ödənməsi kimi məsələlərin həlli qeyd-şərtsiz dövlətin üzərinə düşür.

Ancaq indiki halda vətəndaşların kütləvi şəkildə təxliyəsi həm təhlükəlidir, həm də real baxsaq, imkan xaricindədir. Əgər dövlət kütləvi təxliyələrə başlasa, bu zaman ölkəyə qayıdanlar arasında virusun daşıyıcıları olan şəxslər digər insanları da sürətlə yoluxdura bilər.

Belə bir hal baş verərsə, bu, ölkədə nəzarət altında saxlanılan epidemioloji durumu xeyli kəskinləşdirər. Buna görə də dövlətin təxliyə planını növbəlilik prinsipi əsasında həyata keçirməsi daha məqsədəuyğundur.

Vətəndaşların planlı təxliyəsi zamanı həm də ölkədəki mövcud karantin şərtləri də nəzərə alınır və buna uyğun olaraq, zəruri işlər həyata həyata keçirilir. Əgər ölkədə karantin üçün nəzərdə tutulmuş yerlər doludursa, o zamam kütləvi təxliyə ilə ölkəyə gətirilmiş vətəndaşların yerləşdirilməsi problemi yaranacaq. Bir daha təkrar etmək istəyirəm ki, təxliyə prosesi mərhələli şəkildə həyata keçirilməlidir və bu gün dövlət bunu edir”.

Aqil Bəkir

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv