Azərbaycan vətəndaşlığına qəbul edilən və çıxarılanların SAYI

Keçən il Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından 1074 müraciət daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.

Sənədə əsasən, 477 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub, 15 şəxs (13 şəxsin vəsatətləri Dövlət Miqrasiya Xidməti tərəfindən göndərilib) Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub. 469 şəxs (241 şəxsin vəsatətləri Xidmət tərəfindən göndərilmiş) Azərbaycan Respublikasının vətəndaşlığından çıxıb, 113 şəxsin sənədləri icradadır.

COP29