!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan xaricdən uzunqulaq almağı dayandırıb - Eşşəklərin sayı açıqlandı

!Reklam – Yazi

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda mövcud olan uzunqulaqların sayını açıqlayıb.

Yenicag.az xəbər verir ki, DSK-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda respublikada 28040 baş uzunqulaq var. 2015-ci ildə ölkədə 39992, 2016-cı ildə 35816, 2017-ci ildə 34068, 2018-ci ildə 30854 uzunqulaq mövcud olub.

Rəsmi statsitikaya görə, 5 il ərzində ölkədəki uzunqulaqların sayı 11952 baş azalıb. Ən çox uzunqulaq Gəncə-Qazax iqtisadi rayonunda (10524), ən az isə Ucar (1) rayonunda qeydə alınıb.

R.Süleymanov eyni zamanda bildirib ki, 2015-2018-ci illər və 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana uzunqulaq idxal olunmayıb.

2015-2019-cu illər üzrə respublikanın müxtəlif regionlarında mövcud olan uzunqulaqların sayını təqdim edirik:

www.yenicag.az

3758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv