"Neftçi" voleybol komandası VIII turda qalib gəldi
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII turun iki oyunu keçirilib.
Yenicag.az-ın məlumatına görə, günün ilk matçında “Neftçi” “Gənclər” kollektivini 3:0 (25:10, 25:10, 25:23) hesabı ilə məğlub edib.
Növbəti qarşılaşmada isə “Ordu” “Murov Az Terminal” kollektivini üstələyib – 3:2 (25:15, 20:25, 25:22, 23:25, 15:10).
Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.












