Azərbaycan Zəngəzur dəhlizindən Naxçıvana silah daşıya biləcək?

media-hightechnic-468x90

“Zəngəzur dəhlizindən Azərbaycanın silah daşıması tam razılaşdırılıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. media-mehemmedesedullazade1

Politoloq Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana silah tədarük edilməsinin razılaşdırıldığını bildirib:

“Zəngəzur dəhlizindən Azərbaycandan Naxçıvana silahların aparılması konkret olaraq razılaşdırılıb. Çünki Azərbaycandan silahları heç bir üçüncü ölkəyə aparılmır, öz ərazisinə, yəni Naxçıvana aparılır. Görünür, bu məsələlər ABŞ ilə də razılaşdırılıb və bu proses bu istiqamətdə gedəcək. Silahların Azərbaycan ərazisindən Naxçıvana aparılması Ermənistana qarşı deyil. Yekun sülh var və proses bundan ibarətdir. Hesab edirəm ki, Ermənistan tərəfi də artıq reallıqları qəbul edir və bilir ki, Azərbaycan Naxçıvana əlavə hücum silahları və ya ağır texnika aparmayacaq, sadəcə müdafiəni gücləndirmək üçün bir ərazidən digər ərazisinə silahların daşınmasını həyata keçirə bilər”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa