Azərbaycana Aİ ilə üçtərəfli formatda danışıq təklif edilib

media-hightechnic-468x90

55

“Balkan” qazpaylayıcı mərkəzi üçün nəzərdə tutulmuş Rusiya qazının nəqli ilə bağlı danışıqların aparılması üçün Rusiya-Bolqarıstan- Avropa İttifaqı üçtərəfli görüşünün keçirilməsi vacibdir

“APA-Economics” xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov bildirib.

“Biz ölkəmizə qaz nəql etmək istəyən hər bir tərəflə danışıqlar aparmağa hazırıq. Bu cür layihələr Bolqarıstandan yan keçə bilməz. Biz regional enerji mərkəzinə çevrilmək niyyətindəyik və bu şansı qaçırmayacağıq. Biz “Cənub axını” layihəsindən Ukrayna münaqişəsi səbəbindən imtina etdik və nə itirdiyimizi gözəl anlayırdıq. İndi isə biz üçtərəfli formatda danışıqlara hazırıq. Üçtərəfli formatda iştirak edən tərəflərdən ikisi Bolqarıstan və Avropa İttifaqıdır. Üçüncü tərəf isə Azərbaycan, Rusiya və Türkmənistan ola bilər. Hər şey onların istəyindən asılıdır. Bolqarıstan layihənin uzunmüddətli olacağına zəmanət verir. Lakin Avropa İttifaqı da bir tərəf kimi öz zəmanətlərini verməlidir”, – deyə baş nazir qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600