!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana ən çox hansı ölkədən turistlər gəlir? - Rəsmi/FOTO

!Reklam – Yazi

Bakıda New Baku Hoteldə Demokratik İslahatçı Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ölkəmizin turizm potensialının təbliği mövzusunda beynəlxalq konfransın keçirilməsi” layihəsi çərçivəsində Modern turizmin problemləri və perspektivləri mövzusunda beynəlxalq konfrans keçirilib. 

Yenicag.az xəbər verir ki, konfrası giriş sözü ilə açan təşkilatın idarə heyətinin rəhbəri Vüsalə Hüseynli bildirib ki, layihənin məqsədi Azərbaycanın yalnız, neft, idman yox, eyni zamanda turizm  ölkəsi kimi də beynəlxalq ictimaiyyətə təqdim etməkdir:

“Bu gün ölkəmizin inkişaf etmiş sahələrindən biri də turizmdir. Bilirsiniz ki, ölkəmizin turizm potensialı zəngin olduğundan Azərbaycanda turizmin bir neçə növü yüksək səviyyədə inkişaf edir. Digər sahələr isə inkişaf etməkdədir. Buna nümunə olaraq, sağlamlıq-müalicə turizmi, qış turizmi, qastronomik, raftinq  və s növləri mövcuddur. Bu layihə vasitəsi ilə keçiriləcək beynəlxalq konfransda ölkəmizin  turizm sahəsinin inkişafı qonaqlara təqdim olunacaqdır. Düşünürük ki, bu konfrans Azərbaycana turistlərin cəlb edilməsinə müəyyən mənada dəstək olacaqdır. Eyni zamanda ölkənin turizm şirkətləri ilə təəccrübə mübadiləsi baxımından da əhəmiyyətli olacaq”.

Konfransda çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin Turizm bürosunun icraçı direktorunun müavini Bəhruz Əsgərov ölkədə turizm sahəsində aparılan islahatlardan danışıb.  O bildirib ki,  son dövrlər Azərbaycanda aparılan islahatlar çərçivəsində turizmin inkişafında da ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Son zamanlar yeni otellərin istifadəyə verilməsi, regionlarda və Bakıda yeni turizm komplekslərinin açılması buna bariz nümunədir.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü , Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqov qeyri-neft sektorunun bir sahəsi kimi turizmin ölkə iqtisadiyyatında rolunun və yerinin xüsusi olduğunu vurğulayıb. O bildirib ki, məhz bu səbəbdən də Şura hər il keçirilən müsabiqələrdə turizmlə bağlı da layihələrin maliyyələşdirilməsinə xüsusi diqqət ayırır. Rufiz Qonaqov vurğulayıb ki, Azərbaycanda bir çox sahələr kimi turizm də bu gün özünün inkişaf mərhələsini yaşayır və biz bu sınaqdan da uğurla çıxırıq.

Millət vəkili İlham Məmmədov isə çıxışında Azərbaycanda turizmin daha populyar sahəsi sayılan sağlamlıq turizmindən danışıb: “Bu gün ölkə prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva  digər sahələr kimi turizmin də inkişafı üçün çox işlər görürlər. Bu gün Azərbaycanın sağlamlıq turizmdən faydalanmaq üçün dünyanın hər yerindən turistlər gəlirlər.

Tədbirdə çıxış edən turizm üzrə ekspert, SKAL Beynəlxalq Təşkilatınımn Azərbaycan bürosunun prezidenti Ceyhun Aşurov Azərbaycanda turistlərə təqdim edilən turizmin növləri barədə məlumat verib.

O, bildirib ki, bir zamanlar ərəb turistləri Azərbaycana gələn turistlər arasında liderlik edirdilərsə, hazırda bu siyahıda ilkin yerləri Hindistan və Pakistan turistləri bölüşürlər. Ekspert bildirib ki, hazırda ölkədə olan 5 ulduz otellərlə yanaşı qonaq evlərinin tikilməsi üçün də ciddi işlər gedir.

Konfrans zamanı bir sıra ölkələrin o cümlədən Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Pribaltika ölkələrinin nümayəndləri öz təcrübələrini bölüşüblər.

Konfrans zamanı Azərbaycan Turizm Assosasiyası ilə Orta Asiyanın Turizm Assosasiyası və Avrasiya Turizm Assosasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qonaqlar eyni zamanda Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə də görüşüb. Görüş zamanı Azərbaycanın xarici ölkələrdə turizmin təbliği ilə bağlı gördükləri işlərdən söhbət açılıb. Fuad Nağıyev bildirib ki, bu gün Azərbaycanın bir çox yerlərdə turizm evləri fəaliyyət göstərir və bu istiqamətdə işlər davam etməkdədir.

Sonda qonaqlar agentlik rəhbəri ilə xatirə şəkli çəkdiriblər.

Xatırladaq ki, konfransda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Rusiya və Pribaltika ölklərindən olan turizmçilər iştirak ediblər.

www.yenicag.az

4307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv