Azərbaycana payız fəslinin daxil olacağı DƏQİQ VAXT

media-hightechnic-468x90

Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov “Report”a açıqlamasında bildirib ki, payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də daxil olacaq: “Bu il qış isə Azərbaycana dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də daxil olacaq”.

Onun sözlərinə görə, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək: “Buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır”.

Rəsədxana rəsmisinin sözlərinə görə, gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600