!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana qarşı birləşən ermənipərəst "TÜRKİYƏLİ ZİYALILAR": Onların "hücum"unda məqsəd nədir?

!Reklam – Yazi

“Türkiyədə “bir qrup ziyalı”nın qondarma iddialarla bəzədilmiş müraciəti ermənilərin Bakıya qarşı informasiya cəbhəsini genişləndirmək cəhdidir”.

Bu sözləri Türkiyədə “bir qrup ziyalı”nın “Qarabağda blokada var” müraciətini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, o “ziyalılar” Türkiyə və Azərbaycana qarşı düşmənçilik edənlərin yanında olublar:

“Ermənistan “Qarabağ blokadadır” iddiasını isbatlamaq, Azərbaycana qarşı təzyiqə nail olmaq, nəticədə rəsmi Bakını Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı suverenliyinə əsaslanan prinsipial mövqeyindən geri addım atmağa məcbur etmək məqsədilə beynəlxalq ictimai rəyi süni şəkildə formalaşdırmağa hesablanmış bütün yollara əl atır. Müxtəlif ölkələrdən “Qarabağda blokada var” iddiası haqda müraciətlərin ünvanlanması Bakıya qarşı informasiya cəbhəsini genişləndirmək cəhdidir. Türkiyədə “bir qrup ziyalı”nın qondarma iddialarla bəzədilmiş müraciəti də bu cəhddən biridir.

Bu müraciət artıq 10 gündür ki, həm Azərbaycanda, həm də Türkiyə mətbuatında geniş şəkildə müzakirə olunur və təbii olaraq qınanılır. Bu xain müraciətin məqsədinin Azərbaycana qarşı beynəlxalq müdaxiləyə nail olmaq olduğu bəllidir, Ermənistanın müraciəti “türkiyəli ziyalılar da Qarabağda blokadanın olduğunu deyir” yönündə təqdim etməsi də buna hesablanıb. Bununla Azərbaycanın qardaş və müttəfiqi olan Türkiyədə belə rəsmi Bakının siyasətinə etiraz edildiyi göstərilir.

Lakin əslində bu müraciətin müəllifləri öz davranışları ilə təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı fəaliyyət göstərirlər. “Ziyalı” adlandırılan və Türkiyə xalqı adına danışmağa iddia edən bu şəxslərin kimliyinə diqqət edəndə onların Türkiyənin bölünməsindən tutmuş qardaş ölkənin milli maraqlarının tapdanmasına qədər hər şeyi dəstəkləyən bir qrup xaindən başqa bir şey olmadıqları ortaya çıxır.

Bu qrupun indiyə qədərki fəaliyyəti onu göstərir ki, onlar hər zaman Türkiyə və Azərbaycana qarşı düşmənçilik edənlərin yanında olublar. Onların içərisində
PKK-çılar da, FETÖ-çülər də, vətəndaşı olduğu ölkəni satanlar da var. Onları birləşdirən ortaq nöqtə hamısının qardaş Türkiyəni bu və ya digər maraqlara, güc mərkəzlərinə satması, xainlik etməsidir.

Ermənilər Qarabağın işğalı zamanı qadın, uşaq və yaşlı demədən oradakı türk soydaşlarımızı gülləbaran edəndə səsini çıxarmayanlar indi ora işğaldan qurtarıldığı zaman ermənilərin vəkilliyi vəzifəsini üzərlərinə götürüblər. Akın Birdal, Əsli Ərdoğan, Ayişə Hür, Basqın Oran, Cingiz Arın, Ərgün Babaxan, Fikrət Başqaya, Nəsrin Nas, Oya Baydar, Ömər Fərrux Gərgərlioğlu, Ragıp Duran, Şanar Yurdatapan, Taner Akçam və digərləri hər zaman türk millətinin qarşısında olanlarla birgə hərəkət ediblər.

Bu, həmin qrupdur ki, Türkiyənin İraq və Suriyada terror təşkilatı PKK-ya qarşı əməliyyat keçirirməsinə etiraz edirdilər. Bu, həmin qrupdur ki, Türkiyədə şərq və cənub-şərqdə xəndək qazan PKK terrorçularına qarşı əməliyyatlara etiraz edərək bəyanatlar verir, müraciətlər imzalayırdılar. Universitetlərdə PKK, FETÖ tərəfdarına qarşı həyata keçirilən təmizləməyə də ilk olaraq etiraz edənlər məhz elə onlar olub.

Başqa sözlə desək, bu şəxslər heç bir halda Türkiyəni və türk ziyalısını təmsil edə bilməz. Məsələn, kürd əsilli Abdullah Demirbaş. Açıq şəkildə PKK terror təşkilatını dəstəkləyən, terrora verdiyi dəstəyə görə məhkəmə qərarı ilə fəaliyyəti dayandırılan və 2015-ci ildə PKK-nı dəstəkləyən davranışlarına görə həbs edilən biri necə Türkiyə ziyalısı ola bilər. A.Dəmirbaş həmişə ermənilərə olan rəğbəti ilə də tanınıb. Bələdiyyə sədri olduğu vaxt Sur rayonunda küçələrə erməni yazıçıların adlarını verib. Ermənilərə olan sevgisinə görə 2015-ci ildə İrəvana rəsmi olaraq dəvət edilib və həmin vaxt Ermənistanın prezidenti olan Serj Sarkisyanla görüşüb. Terrora dəstək verdiyi üçün haqqında cinayət işi açılandan sonra Dəmirbaş İsveçrəyə qaçıb və bu gün də Türkiyə əleyhinə fəaliyyətlə məşğuldur. Və ya Abdülhakim Daş. Onun PKK terror təşkilatını dəstəklədiyi, Türkiyənin parçalanması üçün əlindən gələni etdiyi hər kəsə bəllidir. PKK-nın proqramını – “kürd muxtariyyəti”, “kürd dilinin rəsmi dil olması” və s. – həyata keçirən şəxslərdəndir. Eyni zamanda, Türkiyəyə qarşı qondarma “erməni soyqırımı”nı da dəstəkləyir.

Müraciəti imzalayan Adnan Çelik də kürd mənşəlidir, kürdlərl bağlı akademik yayım orqanı olan “Toplum və Kuram jurnalının” redaksiya üzvüdür və bütün fəaliyyəti boyunca “kürdlərin hüquqları” adı altında PKK terroruna dəstək verib. Eyni zamanda, “erməni soyqırımı”nı dəstəkləyənlərdəndir. Onun həmmüəllifi olduğu “Yüz illik ah” kitabı 1915-ci ildə Diyarbəkirdə “ermənilərin qətlə yetirildiyi” iddialarına, ümumilikdə qondarma “erməni soyqırımı”na həsr olunub.

Daha bir “ziyalı” Ahmet Aykaç. O, da PKK terror təşkilatına simpatiyası ilə tanınır. Dəfələrlə Türkiyə dövlətinin PKK-ya qarşı mübarizəsini qınayıb, o cümlədən, Türkiyə ordusunun Suriyada PKK terror təşkilatının uzantısı olan PYD/YPG-yə qarşı əməliyyatlarını pisləyib. Ermənilərə açıq şəkildə dəstək verir və əsas maraq dairələrindən biri də ermənilərin maraqlarının müdafiəsidir.

“Yaşıl qəzeti”ninin köşə yazarı olan Akın Atauz da qondarma “erməni soyqırımını” dəstəkləyənlərdir. Müraciəti imzalayanlardan daha biri Akın Birdal 1999-2000-ci illərdə Türkiyə Cinayət Məcəlləsinin 312-ci maddəsi (hökumətə qarşı cinayət) ilə məhkum edilib. 2008-ci ildə qondarma “erməni soyqırımı”na görə “ermənilərdən üzr istəyirik” kampaniyasına qoşulub. PKK terroruna açıq dəstək verir.

Yazışı-jurnalist Alev Er ermənilərin “Agos” qəzetində erməni maraqlarının müdafiəsi ilə bağlı çoxsaylı yazılar yazan şəxsdir. O da 2008-ci ildə qondarma “erməni soyqırımı”na görə “ermənilərdən üzr istəyirik” kampaniyasını dəstəkləyib. Onun məqalələrinin əksəriyyəti qondarma “erməni soyqırımı”na həsr olunub, eyni zamanda, Türkiyənin tanınmış şəxslərinin “erməni əsilli olması”, Türkiyədə müxtəlif abidələrin “ermənilərə məxsus olması” haqda araşdırmaları var.

Alex Köşkeryan – adından da göründüyü kimi erməni əsilli bu şəxs Sosial Demokrat Hınçak Partiyasının Beyrut təmsilçisidir, mütəmadi olaraq Ermənistana səfər edir və əsas işi qondarma “erməni soyqırımı”nın təbliğatıdır. O, Qarabağdakı separatçıların müdafiəsi naminə Azərbaycanı “ermənilərə qarşı 1915-ci il hadisələrini təkrarlamaqda” ittiham edir.

Erməni əsilli Ari Günter, PKK dəstəkçiləri Ali Gökkaya, Aslı Erdoğan, daim erməni maraqlarından çıxış edən Ayşe Hür, Baskın Oran, Cəlal Başlanğıc, Cengiz Arın, Erdal Doğan və digərləri öz fəaliyyətlərində daim ya PKK terrorunun dəstəkçisi, ya da “erməni soyqırımı” iddilarının müəllifi kimi tanınan adamlardır. Göründüyü kimi bu şəxslərin Türkiyə “ziyalısı” adına iddia etməsi özü belə riyakarlıqdır”.

Səxavət Məmməd

www.yenicag.az

996
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv