!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana qarşı qətnamənin PƏRDƏARXASI: “Fransada rüşvətxorluq yüksək səviyyədədir” – DEPUTATDAN FAKTLAR

!Reklam – Yazi

“Bəlli imkanlara malik lobbi Azərbaycan əleyhinə qətnamələr qəbul edilməsində vasitəçilik edir”.

Bunu Fransa Milli Assambleyasında Azərbaycan əlehinə verilən qərara fikir bildirən Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnamə qərar qəbul edəcəyi gözlənilən idi:

“Bu Frasanın qərəzli mövqedə dayandığının təsdiqidir. Fransa Prezidenti Makron açıq şəkildə erməni dilində Ermənistanı müdafiə edib Azərbaycanı işğalçı alandırır. Fransa təpədən-dırnağa qədər anti-Azərbaycan mövqe göstərərək, bacısı Ermənistana dəstək olur. BMT-nin beş daimi üzvündən biri olan nəhəng Fransa qlobal-milli maraqlarını cılız erməniyə qurban verir.

“O olmasın, bu olsun” filmindən Məşədi İbadın sözü yadıma düşür, “Axı bu Fransa Ermənistanın nəyinə aşiq olub?”. Fransızlarla ermənilər arasında etnik bağ yoxdur. Burada əsas fəliyyət lobbinin üzərindədir. Fransada altı yüz minə yaxın erməni yaşayır. Bu etnik ermənilər kifayət qədər güclənib. Bəlli imkanlara malik lobbi Azərbaycan əleyhinə qətnamələr qəbul edilməsində vasitəçilik edir.
“Fransız deputatlar erməni lobbisi və diasporasının qara qaş-gözünəmi aşiqdir?” sualı hər birinizdə yaranır. Yox, qətiyyən belə deyil. Bu gün Fransada korrupsiya və rüşvətxorluq ən yüksək səviyyədədir. Buna inanmayan Fransanın yaxın tarixinə baxsın.

2007-ci il Fransanın prezident seçkilərində qalib olan Nikolya Sarkozinin Liviya Prezidenti Muəmmər Qəddafidən əlli milyon avro pul aldığı məlum olub. Liviya qarşısında öhdəlik götürüb prezident seçilmək üçün pul alır. Bu birbaşa korrupsiyadır. Bir il sonra ona qarşı həbs qətimkan tədbiri seçildi.

90-cı illərdə Fransa Baş naziri Pierre Beregovoy milyonlarla dollar vəsaiti mənimsəməkdə ittiham olundu. İttihamlara dözməyən Pierre çay qırağında özünü güllələyərək öldürdü. Ali vəzifəli şəxsləri korrupsiyada ittiham olunan ölkənin deputatları “sən ölüm”, “mən ölümə” görə Ermənistanı müdafiə edər?

Nikolya Sarkozinin cinayət əməlinin üstü gec olsa da, açılıb. Emmanuel Makronun da çox keçmədən işlərinin üstü açılacaq. Onun ikinci dəfə prezident seçilməsi heç bir halda xalqın etimadını qazanması ilə bağlı deyil. Erməni lobbisi və diasporası milyardlarla avro vəsaiti Makronun yenidən prezident seçilməsi üçün xərcləyib. Makron erməni lobbisi və diasporasının drijor çubuğu altında fəaliyyət göstərir.

Anti-Azərbaycan qətnamələr Azərbaycanın haqq işinə mane ola bilməz. Azərbaycan güclü dövlətdir, güclü ordusu, müttəfiqləri və güclü Ali Baş Komandanı var. Azərbaycan qalib dövlətdir və heç kimdən çəkinmir. Fransa bu reallıqları qəbul edə bilmir. Daldan atılan daş topuğa dəyər. Fransa gedən qatarın dalıyca baxmaqdadır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv