!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana qarşı Rusiya-İran birliyi: "İki şər imperiyasının çöküşünü izləyəcəyik" - RƏY

!Reklam – Yazi

“200 ildən çoxdur ki, bölünmüş Azərbaycanın yenidən birləşməsi yönündə ən böyük tarixi şans yaranıb”.

Bu fikri İran-Azərbaycan arasındakı gərginliyi və bundan sonrakı mərhələdə münasibətlərin gələcək inkişafını dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, iki şər imperiyasının çöküşünü izləyəcəyik:

“Bölgəmiz çox maraqların kəsişdiyi bir məkana çevrilib. Zamanında biz baş verənləri proqnozlaşdırmışdıq. Rusiya ağırlıq mərkəzini Qafqaza salacaq. Qafqaz strateji nöqtədir. Baş verənlər son 200 ildə İranla Azərbaycanı bölən Rusiyanın ortaq layihəsi də ola bilər. Hər iki ölkə Azərbaycan məsələsində strateji olaraq əməkdaşlıq edirlər. Hesablama odur ki, Türkiyə-Azərbaycan birliyi gələcəkdə elə bir hala gələ və bölgədə türk faktoru ön plana çıxa bilər. Bu isə bu iki ölkənin maraqlarına uyğun deyil. Onlar çalışırlar ki, Azərbaycanı maksium ram etsinlər. Azərbaycanın Türkiyə ilə birləşməsini məhdudlaşdırmaq kimi hədəf var. Qələbə Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ay Laçın” və Araz çayı ilə bayatını səsləndirdi. Bu təsadüfi deyildi. Ərdoğan mesaj verirdi ki, biz hazırlaşırıq.

Azərbaycanı buxovda saxlamaq istəyən Rusiya da bilir ki, proses gedir. Tərəddüdsüz deyə bilərəm ki, Rusiyanın Qafqazda təsir imkanları azalacaq, hətta minimuma enəcək, Azərbaycana diqtə edə bilməyəcək. İndiki məqamda Rusiyanın köməyinə gələn İrandır. İranla Rusiya Qafqazı bölüşmək istəyirlər. Rusiyanın zəifləməsi İranın fəallaşmasına və Azərbaycana təhdidedici bəyanatlar verməsinə sövq edir. İş o yerə çatdı ki, Azərbaycan Prezidenti dilə gəldi və açıq şəkildə dedi ki, İranda yaşayan soydaşlarımızın hüquqlarını qoruyacağıq.

Həm psixoloji müharibə gedir, həm də tərəflərin bir-birinə qarşı güc nümayişi var. Qorxaq olmamaq obrazını Azərbaycan da, İran da yaratmaq istəyir. Dünyada gedən proseslər, bölgədə Türkiyənin varlığı və Azərbaycanın ətrafında dünyanın idarə olunmasında böyük rolu olan ölkələrin olması onu deməyə əsas verir ki, iki şər imperiyasının çökmə prosesinə tamaşa edəcəyik.

Azərbaycanda təlatümlər yarada bilərlər, Qarabağda yenidən müharibə real ola bilər, ancaq proses iki şər dövlətinə qarşı dünyanın və Qərbin ölkəmizin yanında olmasına ümid edirəm. İranın da içərisində baş verənlər də bu prosesin tərkib hissəsidir”.

Səxavət Məmməd

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv