Azərbaycana SOS siqnalı

media-hightechnic-468x90

62720Azərbaycanın ərazi sularının cənub hissəsində, sahildən 50-55 dəniz mili məsafədə Rusiya Federasiyasının bayrağı altında üzən, İran İslam Respublikasına məxsus “Amur 2504” gəmisi yanacağının bitməsi səbəbindən təhlükəli vəziyyətlə qarşılaşdığından Həyəcan (SOS) siqnalı verib. 

Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən  bildiriblər ki, Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən qəbul edilmiş “Həyəcan” (SOS) siqnalı əsasında həmin dəniz ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və adıçəkilən gəminin yanacaqla təmin olunması məqsədilə operativ tədbirlər həyata keçirilərək qeyd olunan gəminin təhlükəsiz hərəkəti bərpa edilib.

“Amur 2504” gəmisi bu gün yerli vaxtla saat 11:30-da Ənzəli Limanı istiqamətində səfərinə davam edib.(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600