Azərbaycanda 28 mindən çox narkoman var

media-hightechnic-468x90

narkotik qadinAzərbaycanda bu ilin I rübü ərzində qeydiyyata götürülən və qeydiyyatdan çıxarılan narkomanların sayı açıqlanıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu ilin I rübü ərzində Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 1235 nəfər yeni qeydiyyata götürülüb, 955 nəfər isə qeydiyyatdan çıxarılıb.

Bununla da hazırda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkomanların sayı 28 min 946 nəfərə çatıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31 dekabr .2014-cü il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 28 min 656 nəfər qeydiyyatda olub ki, onlardan 23.042 nəfəri dispanser, 5.614 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 554 nəfəri qadın, 152 nəfəri toksikoman, 20 min 276 nəfəri (409 nəfər qadın) inyeksion narkotik istifadəçiləri olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600