!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 4 vəkilin fəaliyyətinə xitam verildi

!Reklam – Yazi

Azərbaycanda 4 vəkilin fəaliyyətinə xitam verilib.

Vəkillər Kollegiyasından Yenicag.az-a verilən məlumata görə, bununla bağlı qurumun sentyabrın 7-də keçirilən iclasında qərar qəbul olunub.

Belə ki, iclasda vəkillər barəsində başlanılmış 24 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 7 vəkil barəsində intizam tənbeh tədbiri seçilib: “Xüsusilə vəkilə etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tutulub, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə və məhkəmə prosesi iştirakçılarına münasibətdə nəzakətsiz davrandıqlarına görə 2 vəkilə töhmət verilib, müqavilə bağlamadan hüquqi yardım göstərdiyinə, müdafiə hüququnun pozuntusuna yol verdiklərinə və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərər qəbul olunub. Digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib”.

COP29

www.yenicag.az

1023
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv